Xaçmazda 17 yaşlı qızı 37 yaşlı kişiyə verdilər – Ailələr nə danışdı?

Görüntülər Xaçmaz rayonunun Qusarçay kəndində lentə alınıb. Sosial şəbəkələrdə yayılan kadrlarda 15 yaşlı qızın 37 yaşlı kişiyə ərə verildiyi iddia edilib. Ərə verildiyi iddia edilən qızın nənəsi Cumayə Məlikova səslənən iddiaların yalan olduğunu bildirib. O, nəvəsinin 17 yaşı olduğunun, nişanlandığını, ərə verilmədiyini qeyd edib. Oğlan evi də səslənən iddiaların onları narahat etdiyini bildirib. Bəyin anası Reyhan Tağıyeva hələ ki, qızı evinə gəlin gətirmək fikrinin olmadığını qeyd edib. Məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hər iki tərəf polisə dəvət edilib. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də dərhal nəzarətə götürülüb. Xaçmaz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi məktubla müraciət edilib. Cəfər Talıb, APA TV

Müəllif | Apa.Tv
Apa.tv