Xaçmazda 3 avtomobil toqquşdu - YARALILAR VAR
Xaçmazda zəncirvari yol qəzası baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə rayonun Qaradağbuduq kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı “Lexus”, “Mercedes” markalı minik avtomobilləri ilə “Hundai” markalı mikroavtobus toqquşub. Xəsarət alan “Mercedes”in sürücüsü və sərnişini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.