Xaçmazda becərilən ağacda konfetlər yetişir

İxtisasca aqronom olan Qurban Qəribov ömrünün 20 ildən çoxunu dekorativ bitkilərə həsr edib. Xaçmaz rayonun Armudpadar kəndində yaşayan bağban 8 ildir konfet, şokolad ağacı kimi tanınan “Şirin hoveniya” da becərir. Qurban Qəribov bildirir ki, bu bitkinin görünüşü və dadı hər kəsdə maraq yaradır. Ağacın meyvəsi formaca maral buynuzuna oxşayır. Bağbanın sözlərinə görə, şirinliliyi 35%-dən yuxarı olduğu üçün ona konfet ağacı deyirlər. Bu ağacın meyvəsindən təbabətdə də asma xəstəliyinə və mədə-bağırsaq xəstəliklərinə qarşı istifadə edilir. Bağban konfet ağacının tinglərini çoxaldıb təsərrüfatını genişləndirmək niyyətindədir. Azərbaycana konfet ağacı ilk dəfə 1936-cı ildə Çindən gətirilib, Göyçayda əkilib. Lakin həmin il güclü şaxta olduğundan tinglərin əksəriyyəti məhv olub. Hazırda Göyçayda, Şəmkirdə və Xaçmazda bir neçə konfet ağacına rast gəlinir. Cəfər Talıb, APA TV, Xaçmaz.

Müəllif | Apa.Tv
Apa.tv