Xaçmazda dəhşətli qəza: 3 nəfər öldü

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun "4-cü şöbə" adlanan hissəsində baş verib.

"Hyundai" və "Mercedes" markalı maşınların toqquşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv