Xaçmazda ev yanıb
Xaçmazda evdə yanğın olub.
APA TV-nin verdiyi məlumata görə, Xaçmaz rayonunun Yergüc kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli mansarda tipli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və bitişik ümumi sahəsi 180 m² olan talvarın taxtadan ibarət üzlüyü 60 m² sahədə yanıb.
Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.