Xaçmazda ev yanıb, ər-arvad ölüb

Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində 2 nəfər dünyasını dəyişib.

Hadisə rayonun Yalama kəndində qeydə alınıb. Ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Yanğının kəşfiyyatı zamanı Yanmış evdən 60 yaşlı Aslan Tarıverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə Tarıverdiyevanın yanmış meyitləri aşkarlanıb.

Hadisənin səbəbləri araşdırılır.

 

Vəli Turan, Rizvan Hacıyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv