Xaçmazda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edən bir neçə rayon sakini, onlara məxsus evlərdən qapını sındırma yolu ilə, pul və qızıl zinət əşyalarının oğurlanması barədə məlumat veriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakinləri Mövlud Bəşirov və Calal Səfərəliyev saxlanılıblar.

Müəllif | Apa.Tv
Apa.tv