Xaçmazda “Fedya” ləqəbli narkotik alverçisi tutuldu
Xaçmazda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Fedya” ləqəbi ilə tanınan Mürşüdoba kənd sakini Fədai Həsənov şübhəli şəxs qismində yaxalanıb. Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan 510 qram heroin, bir ədəd elektron tərəzi, eləcə də narkotik maddələrin satışından əldə etdiyin 780 manat pul maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Fədai Həsənov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib: “Məni polis əməkdaşları şübhəli şəxs qismində kəndin yaxınlığında saxladılar. Polis əməkdaşları ilə evə baxış keçirilən zaman məndə şkafda yarım kiloya yaxın narkotik madda olan “kakos” var idi. Elektron tərəzini və narkotik maddəni polisə təhvil verdim. Heç kimə də məsləhət görmürəm ki, bu işin dalınca getsin. Mən də tapmışdım onu düşdüm bəlaya”.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.