Xaçmazda karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb

Xaçmazda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Elmar Səfiyevin və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv