Xaçmazda tutulan narkotacir baronu və dəstəni ələ verdi - 3 BÖLGƏDƏ ƏMƏLİYYAT

Xaçmazda əvvəllər də məhkumluq həyatı yaşayan narkotik alverçisi saxlanılıb.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, 65 yaşlı Telman Abasov saxlanılan zaman üzərindən heroin aşkar olunub.

Dindirilmə zamanı onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Heroini Telman Abasova satmaqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstə ifşa edilib. Cəlilabad rayon sakini - əvvəllər məhkum olunmuş 42 yaşlı Rahim Əhmədov, Sumqayıt şəhər sakinləri - 32 yaşlı Zaur İbrahimov və 36 yaşlı Əliağa Novruzov Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində saxlanılaraq Xaçmaza gətirilib. Onlardan ümumilikdə 50 qramdan çox satış üçün hazırlanmış heroin aşkar edilib.

Dindirilmə zamanı hər üç şəxs narkotik maddələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər: “Əliağadan almışdım istifadə etdiyimə görə. Sonra poli əməkdaşları məni saxladılar. Yoxlanış zamanı üstümdən narkotik çıxdı”.

“300-400 qram mal idi satanda tutuldum. 2007-ci ildə məhkum olunmuşam”.

“Əliağa tərəfindən mənə zəng gəldi. Mən də Əliağanı görürüb narkotik alveri ilə məşğul olduğuna görə Rahimin yanına. Ordan Rahimdən götürüb 50 qram verdim Əliağaya. Bundan sonar biz yaxalandıq. İkimizin üstündən də narkotik vasitə çıxdı”. 

Saxlanılanlar barədə cinayət işi başlanıb, araşdırmalar davam edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv