Xaçmazda yaşayış binasının damını külək uçurdu
Güclü külək Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının damını külək uçurub.
Rayonun bir neçə yerində ağacları və işıq dirəklərini külək aşırıb. Nəticədə elektrik enerjisinin verilişində problemlər yaranıb.