Xaçmazda yük maşınının vurduğu 55 yaşlı qadın öldü

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza şəhərin Atatürk küçəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əli Bəşirova məxsus “Mercedes” markalı yük maşını 1965-ci il təvəllüdlü Xanım Ələsgərovanı vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv