Xaçmazlı təsərrüfatçılar gilasın qiymətindən narazıdır

 

Xaçmazda bu il təsərrüfatçılar gilasın məhsuldarlığından məmnun olsa da qiymətindən şikayətçidir. Ötən ilə nisbətən məhsuldarlıq çox olsa da qiymətlər 2022-ci ilə nisbətən bir az aşağıdır. Hazırda gilas bağlarında yığım davam edir. Təsərrüfatçılar deyir ki, Romanovka sortu olan gilas ağaclarında məhsulun 30-40 faizi çürüyüb. Qeyd edək ki, Xaçmaz rayonunda 3695 hektar gilas bağı var ki, bunun da 2943 hektarı bar verir. Fermerlər bu il gilası Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac edə bilirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynayır. Vəli Turan, Rizvan Hacıyev, APA TV ✅

Müəllif | Apa.Tv
Apa.tv