Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə APA TV-yə müğənninin ailəsindən məlumat verilib.
Xanəndə bu gün səhər xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu qeyd edilib.