Xalq artisti Rafael Dadaşov vəfat etdi

Xalq artisti Rafael Dadaşov vəfat edib.

 

Bu barədə APA TV-yə Azərbaycan Dövlət Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

 

Onun sözlərinə görə, aktyor bu gün günorta saatlarında vəfat edib. 

 

Xatırladaq ki, R. Dadaşovun vəfat etməsi barədə xəbəri ilk olaraq “Lent.az” yayıb. 

 

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

 

Xatırladaq ki, Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

 

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışırdı.

 

Müəllif | Apa.Tv
Apa.tv