Xalq artistinin nəvəsi Bakı küçələrində gecələyir? – “Məni bədbəxt etdilər”
Görüdüyünüz bu xanımın adı Dürnisə Abdullayevadır. Özünü mərhum xalq artistinin nəvəsi olduğunu iddia edən Dürnisə iki ildir küçələrdə gecələyir. Çətin həyat şəraiti ilə üzləşən qadının sözlərinə görə, o, ailəsinin istəyi ilə 14 yaşında ailə həyatı qurmağa məcbur olur. Bir müddət sonra isə ailəsi tərəfindən dəlixanaya yerləşdirilib. Dürnisə Abdullayevanın sağamlıq durumunu yoxlamaq üçün TƏBİB-lə əlaqə saxladıq. Qısa müddətdə əraziyə gələn təcili tibbi yardım əməkdaşları qadını müayinə etdilər. Daha sonra Dürnisə Abdullayevanın sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, qadın içkili vəziyyətdə olduğu üçün onun sığınacağa yerləşdirilməsi mümkün deyil. Dürnisə Abdullayevaya kömək göstərmək məqsədi ilə digər aidiyyəti orqanlarla əlaqə sağlamağa çalışdıq. Bu zaman o ərazidən qaçdı. Qeyd edək ki, məlumatın dəqiqliyinə əmin olmadığımız üçün sözügedən mərhum xalq artisinin adını hələlik açıqlamırıq. Elşən Yəhyayev, Hüseyn Qurbanov – APA TV