Xanım sürücülər jurnalistlərə hücum etdi: polislə qalmaqal - QƏZADAN SONRA

Bakıda 2 avtomobil toqquşub.

APA TV-nin məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

Lamiyə Əbəçiyeva sükanı arxasında olduğu “Jeep” markalı avtomobili “Range Rover” markalı avtomobilə çırpıb.


“Range Rover”in sürücüsü Elnur Ağayev yüngül xəsarət alıb. Lamiyə Əbəçiyeva və əraziyə başqa bir nəqliyyat vasitəsilə gələn qadın hadisəni işıqlandıran jurnalistlərin işinə hətta əl-qol hərəkətləri ilə mane olmaq istəyib. Bu azmış kimi naməlum qadın APA TV-nin operatoruna dəmir parçası ataraq nəqliyyat vasitəsinə əyləşib, prospektdə qarşı yola çıxaraq əks istiqamətdə hərəkət etməyə başladı. Polis qadını saxlayıb.


Avtomobillər cərimə meydançasına yerləşdirilib.
 

XatIrladırıq ki, istənilən şəxs jurnalistin qanuni peşə fəaliyyətinə mane olmağa cəhd etdiyi təqdirdə Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə məsuliyyət daşımış olur.

Müəllif | Apa.Tv
Apa.tv