Xankəndi–Bakı ultra marafonu: Üçüncü mərhələ Hacıqabulda başa çatıb – APA TV

“İdman həftəsi” çərçivəsində martın 2-də “Qürurla irəli!” şüarı ilə Xankəndi–Bakı ultra marafonunun 3-cü mərhələsi keçirilib.Gənclər və İdman Nazirliyindən bildirilib ki, 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 kilometr məsafəni əhatə edərək, Hacıqabulda başa çatıb. 17 nəfərin finişə çatdığı 3-cü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar.

Qadınlar arasında isə finişə Moldovadan olan iştirakçı Svetlana Şepeleva və Leyla Abidinova çatıblar. 

Müəllif | Apa.Tv
Apa.tv