Xankəndi-Laçın yolundan ermənipərəstlərə sillə kimi görüntülər
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bu barədə APA-nın Şuşaya ezam olunan müxbiri məlumat verib. Məlumata görə, ərazidə nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus 8 ədəd təminat avtomobili keçib.
Aksiya iştirakçıları bir daha sübut edib ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.