Xankəndi-Laçın yolunun başlanğıcında bu sözləri yazdıq
Azərbaycanla Ermənistan sərhədində - Xankəndi-Laçın yolunun başlanğıcında yaradılan sərhəd-buraxılış məntəqəsinin qarşısında yeni məlumatverici lövhə quraşdırılıb.
Lövhədə sərhədi keçən şəxslərin Azərbaycan Respublikasının suveren ərazilərinə daxil olması qeyd edilib.
Lövhədəki məlumat Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də əks olunub.