Xankəndi məktəbinin məzunları 41 ildən sonra bir araya gəldi

 

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbin məzunları bir araya gəlib. 1983-cü ildə məzun olan sinif yoldaşları 41 il sonra ilk dəfə görüşüblər. Sinifin vaxtilə 31 şagirdi olsa da, onlardan yalnız 15-i həyatdadır. Qalanları isə Birinci Qarabağ müharibəsində və Xocalı soyqırımında şəhid olub. Bu gün Xankəndidə artıq Azərbaycan bayrağı dalğalanır. 4 saylı məktəbin məzunları isə növbəti görüşlərinin Xankəndidə baş tutmasını arzulayırlar. ORXAN ASLAN TURAL ƏLİZADƏ APA TV

Müəllif | Apa.Tv
Apa.tv