Xaricdən gətirilən canavarları gömrükdən belə keçiriblər - APA TV

Sosial şəbəkələrdə və alqı-satqı saytlarında Bakıda canavar balası satışı ilə bağlı elan yerləşdirilib.

 

Elanın video versiyası da var. Həmin görüntülərdə də canavar balalarının satıldığı bildirilir.

 

Həmin şəxslə əlaqə saxladıq. Özünü əvvəlcə  Babək, daha sonra Vüsal kimi təqdim etdi.  Bildirdi ki, hazırda Qazaxıstanda - Almaatı yaşayır.

Elə canavar balalarını da oradan gətirir. O ki, qaldı bu heyvanların sərhəddən necə keçirilməsi məsələsinə... Özündən öyrəndik ki, bu şəxs canavarları gömrükdən cins it adı ilə sənədləşdirib keçirirmiş.

 

Maraqlıdır, ümumiyyətlə, ölkəmizdə canavar satışı leqaldırmı?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, canavar balalarının satışı tamamilə qanunsuzdur və bunun üçün nəzərədə tutulmuş cəza mexanizmi var.

 

Daxili İşlər Nazirlyindən isə bildirildi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv