Xarici diplomatlar Mingəçevirə səfər ediblər

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncənin   Ermənistan ordusunun  raket atəşinə məruz qalmış ərazilərdəki  fəsadlarla tanış olandan sonra Mingəçevirə səfər ediblər.        Qonaqları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Mingəçevir şəhərində raketin düşdüyü SES ərazisinə baxış keçiriblər. Diplomatları qarşıyalan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev  SES haqında onlara məlumat verib. O bildirib ki, elektrik stansiyalarının əraziləri mütəmadi olaraq raket hücumuna məruz qalır. Lakin xoşbəxtlikdən düşmən bu zəruri enerji infrastrukturuna zərər vura bilməyib. Azərbaycanın enerji sistemi normal rejimdə çalışır.

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir. Ermənilərin Gəncəyə raket hücumunun fəsadları ilə tanış olan diplomatlar öz  təəssüratlarını bölüşüblər.Görmək inanmaqdır. Həmişə baş verənləri öz gözünlə görmək yaxşıdır. Düşünürəm ki, bu bizim hamımıza bir daha müharibənin dəhşətlərini, dağıntılarını göstərir”.

Bunu ermənilərin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkəndən sonra Mingeçevirə SES –də raketin düşüdüyü yerə gedən  diplomatlar arasında olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Qətər hər zaman mülki şəxslərə qarşı hücumları qınayır. Biz bir daha ifadə edirik ki, Qətər qardaş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Bunu APA TV–yə Qətərin Azərbaycandakı səfiri  Faysal Abdullah Hamad Abdullah əl-Henzab deyib.

Diplomat bildirib ki, sülhü dəstəkləyən bütün ölkələr mülki əhalinin hədəfə alınmasını qınayır:

“Biz, həmçinin, uzun müddətdir, həll olunmayan bu münaqişənin sülh yolu ilə həllini arzulayırıq”, - deyə səfir bildirib. Səfir bildirib ki, təkcə ərəb dövlətləri deyil, bütün sivil ölkələr mülki əhalinin hədəfə alınmasına qarşıdır. Biz illər boyu davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasını arzulayırıq.

Qətlə yetirilən mülki şəxslərlə bağı bütün Azərbaycan xalqına başsağlığı veririk.Bunu fikirləri  Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman Mingeçevirdə jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki biz  Gəncə və Mingəçevir şəhərlərində səfərdə olduq. Bu şəhərlərdə qətlə yetirilən mülki şəxslərlə bağı bütün Azərbaycan xalqına başsağlığı veririk.

 

Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Mingeçevir

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv