Xarici jurnalistlər Gəncədə gördüklərindən dəhşətə gəldilər

Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn xarici jurnalistlər Ağdamdan sonra Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olublar.

10 ölkdən 27 nəfərlik heyət 44 Günlük Vətən Müharibəsi dönəmində Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində dağıdılan yerlərə baxış keçiriblər. Media nümayəndələrinə Gəncənin raket atəşinə tutulması nəticəsində günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlər haqqında məlumat verilib.  Qeyd olunub ki, erməni vəhşiliyi nəticəsində ölkəmizin ikinci ən böyük şəhərində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Xarici KİV nümayəndələri Gəncə şəhərindən sonra Füzuli və Şüşaya səfər ediblər.

 

(Mən səfərdə bir çox dağıntıların şahidi oldum. Burada gördüklərim mənə çox pis təsir etdi. Burada ölən qadın və körpələrin şəkillərini gördüm. Təbii ki, müharibədə qurbanlar həmişə olub. Bu qurbanlar qadınlar və uşaqlar arasında olanda bu insana pis təsir edir. Bu dağıntılar onu göstərir ki, Ermənistan Silahlı Qüvvələri bu bombalanmanı məqsədyönlü şəkildə aparıb. Görünən odur ki, onların məqsədləri mülki əhalinin məskunlaşdığı əraziləri dağıtmaq və qorxu yaratmaq olub.Mən ilk dəfədi Azərbaycanda oluram. Gəncədə Ermənistanın raket atdığı ərazidə gördüyü mənzərə məni  dəhşətə gətirdi.)

 

“Gəncə şəhərinə ilk səfərimdir. Burda gördüklərim məni məyyus elədi, döyüş bölgəsindən uzaqda yerləşən bir şəhərin hədəf seçilməsi hərbi cinayətdir. Burada həyatını itirən insanların xatirəsini andıq. Ümid edirik bir daha belə hadisələr baş verməz”

 Qeyd edək ki media nümayəndələri ötən gün Ağdamda olublar. Bu gün isə Füzuli və Şuşaya səfərləri gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv