Xarici media nümayəndələri Gəncədə erməni terrorunun fəsadları ilə tanış olublar
Ermənistanın Gəncəni atəşə tutması beynəlxalq medianın da diqqətini cəlb edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, BBC, “Əl-Cəzirə”, “France 24”, Türkiyənin NTV, TRT Haber, CNN-Türk və digər transmilli media orqanlarının nümayəndələri ermənilərin raket atəşinin törətdiyi faciə və fəsadlarla yerində tanış olmaq üçün bu gün Gəncədə olublar.
Onlar raket zərbəsindən dağılmış ərazidə çəkiliş aparıb, erməni terrorunun miqyasını öz gözləri ilə görüb, yerli sakinlərdən müsahibələr alıblar.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ötən gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.
Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV