Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər

Azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar bu gün Füzuli rayonunda aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar.

 

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Füzuli rayonunun işğaldan azad olunan İşıqlı kəndinə baş çəkiblər. Onlara burada aparılan mina və partlamamış sursatlardan təmizlənmə əməliyyatları barədə məlumat verilib.

 

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin bu gün Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

 

Səyyahlar Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada olublar.

 

Onlar həmçinin Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə gediblər.

Müəllif | Apa.Tv
Apa.tv