15:18 22 sentyabr 2022 612
Ana səhifə Xəbərlər

Xərçəngdən qorxmaq xərçəng yaradırmı? - APA TV

Bəzi insanlar xərçəng xəstəliyi olmasa belə özlərindən şübhələnirlər. Bir az səhhətlərində problem olan kimi “görəsən xərçəngəmi tutulmuşam” sualı onları narahat edir. Bəs bu şübhələr əslində nədən qaynaqlanır? Bu cür qorxu içində yaşayan insan həqiqətən də qorxduğu xəstəliyə tutula bilərmi? Belə vəziyyətdən çıxış yolu varmı?

 

Onkoloq Aysel Şükürova söylədi ki, bu düşüncələrin xərçəng yaratma ehtimalı çox azdır, həmçinin bunu təstiqləyən bir nəzəriyyə yoxdur.

 

Onkoloq onu da dedi ki, bəzi insanlar psixoloji olaraq, çox zəifdirlər. Onlar ən kiçik nüansı belə çox böyüdürlər. Bu duruma isə “ipoxondriya” sindromu deyilir.

 

Psixoloq Əli Nağıyev də deyir ki, “xərçəng olacam” qorxusu insanda xərçəng yaratmaz.

 

Mütəxəssislər onu da bildirdilər ki, xərçəngə konkret nələrin səbəb olduğu hələ də tam olaraq subut olunmayıb. Buna görə də, bu cür qorxular yaratmaq öz yaşamını çətinləşdirməkdən başqa bir şey deyil.

 

AYGÜN CARÇIYEVA

KAMRAN NAMAZOV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın