Xəstə erməninin Xankəndidən çıxarılmasına icazə verildi
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin müşayiəti ilə ermənilərə məxsus təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb.
Belə ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.
Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.