Xəstə qadının evindən telefonunu oğurlayan şəxs tutuldu

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Bahadur Ağayev saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs hadisə zamanı qonşusu ahıl qadının evinə daxil olub. Orada yataq xəstəsi olan qadının sərbəst hərəkət edə bilməməsindən istifadə edərək mənzildə dəyəri 550 manat olan “Samsung” markalı mobil telefonunu oğurlayıb.

 

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv