Xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən artıq 138-i elektron, 51-i proaktiv qaydada fəaliyyət göstərir. 2022-ci il ərzində də 40 xidmətin elektronlaşdırılması ilə bağlı işlər aparılıb. Bu barədə nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib. O, cari ildə nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsinin 90,2 faizə çatdığını vurğulayıb. Bildirib ki, gələn ildən xəstəlik üçün alınan bülletenlər də elektronlaşdırılacaq.
Gələn ildən xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq.Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə iş aparılır.Qanunvericiliyə müvafiq dəyişiklər olacaq.Sistem elektronlaşdırıldıqdan sonra işçilərin hər hansı xəstəlik və ya hamiləliyə görə alacaqları kağız sənədlər artıq elektron platformadan yönləndiriləcək.
Direktor qeyd edib ki, yanvar-dekabr aylarında 310 mindən çox şəxslə bağlı proaktiv təyinat aparılıb:
"Nazirliyin e-arayış xidmətləri vasitəsilə 12 ayda 530 min 631 e-arayış verilib. Həmçinin, hazırda Nazirliyin e-sistemləri 50-dən çox qurumun informasiya sistemləri ilə inteqrasiya edilib. Həmin qurumlar tərəfindən 12 ayda Nazirliyin informasiya sistemlərinə edilən sorğu sayı 187 milyondan çox olub".
O qeyd edib ki, cari ildə nazirlik informasiya sistemlərinin “Hökumət buludu”na keçidini tam təmin edib.