Xəstəxanadan evə buraxılan 9 yaşlı uşaq öldü

Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, iki gün əvvəl özəl klinikaların birində əməliyyat edilən 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu daha sonra evə buraxılıb. Lakin o, Xətai rayonunda yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv