Xətai RPİ-nin əməkdaşları 40 imkansız ailəyə yardım edib

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, İdarənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşadığı yerləri tərk edə bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər.

 

Sonuncu dəfə Xətai rayonunun müxtəlif məntəqələrində yaşayan daha 40 ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələr təqdim ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv