Xətaidə baş verən qəzada xəsarət alan var

Bakının Xətai rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza, Yusif Səfərov küçəsində qeydə alınıb. "Niva" və "Renault" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə səbəbindən bir nəfər xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv