19:10 17 mart 2023 196
Ana səhifə Xəbərlər

“Xəyallarımızla oynadınız” - İmtahanlara etiraz edən abituriyentlərin taleyi necə olacaq?

Ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsində iştirak edən abituriyentlərin bəziləri  imtahan suallarının, xüsusilə açıq tipli sualların çətinliyindən şikayətləniblər. Bu məqsədlə abituriyentlər Dövlət İmtahan Mərkəzinin qarşısında etiraz aksiyası keçiriblər.

 

Dövlət İmtahan Mərkəzinin imtahanlarla bağlı açıqlaması isə abituriyenləri qane etmədi

 

 

Aksiyaya qoşulan valideynlər də imtahan üçün təyin edilən ənənəvi 3 saat vaxtın 4-5 saata çatdırılmasını tələb edirlər.

 

Xatırladaq ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu martın 5-də Bakı və Sumqayıtda, 12-də isə rayonlarda keçirilib.

 

 

 

AYTƏN SAKİTQIZI

HƏZRƏT BAYRAMOV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın