Xeyir-şər evində qumar oynayanlar saxlanıldı - KARANTİN REJİMİNİ POZUBLAR
Ölkə ərazisində xüsusi karantin rejiminin elan baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq bölməyə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan müştərilər 100 manat cərimə ediliblər.