Xəzər dənizi duzsuzlaşdırılır – Ekoloq: “Buna ehtiyac görmürəm”
"Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçiriləcək”. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. Agentlik sədri bildirib ki, duzsuzlaşdırma prosesi 10 gün bundan qabaq başlayıb və artıq 14 xarici şirkət bu prosesdə iştirak edir. Bəs hazırda duzsuzlaşdırılan Xəzər dənizinin sahilində yerləşən Bakı sakinləri bu haqda nə düşünür? Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri onu da bildirib ki, texniki su istifadə ediləndə insanla təmas etməməlidir. Çünki virusu tapmaq o qədər də asan deyil və agentlik texniki suyu bakterioloji təmizləyə bilər. Qeyd edək ki, texniki sudan yalnız sənaye və dekorativ yaşıllaşdırmada istifadə olunmalıdır. Hər halda dünyanın bəzi ölkələrində bu təcrübədən istifadə olunur və Azərbaycanın da eyni addımı atması gələcəkdə yarana biləcək su çatışmazlığı problemlərindən sığortlanmaqdır. Amma bu fikirlə razılaşmayanlarda var. Hazırda dünyada 177 ölkədə 16 mindən artıq dəniz suyunu təmizləmə qurğusu fəaliyyət göstərir, onlar, ümumilikdə gündə 95 milyon kubmetr suyu şirinəşdirirlər. Belə qurğular ən çox ərəb və Afrika ölkələrində, eləcə də, İsrail, Çin, ABŞ, Avstraliya və başqa ölkələrdə istifadə olunur. İndiyədək təkcə Səudiyyə Ərəbistanı suyun şirinləşdirilməsi layihələrinə 14,6 milyrd dollar, Birləşmiş Ərəb Əmirlikləri 10,3 milyard dollar, İordaniya isə 4 milyard dollardan artıq vəsait yatırıb. İsrailində bu istiqamətdə böyük xərcləri var. Əsas sual isə ondan ibarətdir ki, Xəzər dənizinin suyunun duzsuzlaşıdırılması ən böyük gölün fauna və florasına necə təsir edəcək? Kür-Araz ovalığında suyu Xəzər dənizinə axıdılan kollektorlar mövcuddur və bu, suyu yüngül təmizləmə ilə istifadəyə yararlı edir. Yəni Xəzərin duzsuzlaşdırılmasına ehtiyac yoxdur. Ekoloq belə düşünür.