“Xəzər Lənkəran”ın stadionundan 33 min manatlıq oğurluq etdi – KEÇMİŞ MƏHKUM YENİDƏN TUTULDU
Lənkəranda “Xəzər Lənkəran” futbol klubunun stadionundan oğurluq edən şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər Lənkəran Mərkəzi Stadionundan dəyəri 33500 manat olan kabelləri oğurlamaqda şübhəli bilinən rayonun Sütəmurdov kənd sakini, əvvəllər də məhkum olunmuş Aqşin Şərifli yaxalanıb.
Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın heroin də aşkarlanıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbiristanlıqdan metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV