Xəzərdə balıqçı qayığı aşıb, bir nəfər ölüb

Xəzər dənizinin Xaçmaz sahilində balıqçı qayığı aşıb.

 

Hadisə Nabran kəndi ərazisində qeydə alınıb. Balıq tutmaq məqsədilə suya girən balıqçı qayığı sahildən 150 metr aralıda aşıb.

 

Qayıqda olan 4 nəfərdən 3-ü üzərək sudan çıxıb. Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Yusif Sultanov isə boğulub.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv