Xəzərdə batan qayıq və heyət üzvləri xilas edildi – DƏNİZDƏ ƏMƏLİYYAT

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən iki balıqçı sərhədçilər tərəfindən xilas edilib.

 

Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Lənkəranın Nərimanabad qəsə­bəsindən 8,1 mil məsafədə 2 heyət üzvünün köməyə ehtiyacı olduğu müəyyən edilib.

 

Sərhədçilər tərəfindən fırtınalı hava şəraitində keçirilən xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan balıqçı qayığı və heyət üzvləri 1977-ci il təvəllüdlü Sədrəddin Süleymanov, eləcə də 1987-ci il təvəllüdlü Nail Əsgərov xilas edilərək Nərimanabad qəsəbəsi istiqamətində sahilə çıxarılıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv