Xəzərdə Rusiya və İranın hərbi təlimləri heyvanları yox edir? – APA TV
Bir neçə gün əvvəl Xəzər dənizi sahillərində onlarla suiti cəsədi aşkarlandı. Suitilərin qalıqlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələr aparılıb. Aparılmış müayinələrin nəticəsində heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinməyib. Bəs belədirsə, suitləri niyə tələf olub? Qalib Əbdüləliyevin sözlərinə görə, suitilərin ölümünə səbəb oksigen azlığı olub. Bəzi sosial şəbəkə istifadəçiləri iddia ediblər ki, suitlər Rusiya və İranın Xəzər dənizində keçirdikləri hərbi təlimlər səbəbindən ölüblər. Ekoloq Telman Zeynalov isə bu fikirlərin əsassız olduğunu bildirib. Hərbi ekspert Ədalət Verdiyev isə deyir ki, hazırda Xəzər dənizində heç bir hərbi təlim aparılmır. Ekspertlər deyirlər ki, bu canlıların tələf olmasının qarşısını almaq üçün suda gedən təbiət hadisələrini, suyun tərkibindəki dəyişiklikləri izləməliyik. Suitlərin yaşadığı ekosistemdə tətqiqatlar aparılmalıdır. Ancaq təəssüf ki, tədqiqatlar suitlərin cəsədləri sahilə çıxdıqdan sonra aparılır. Bu isə həmin heyvanların tələfatının qarşısını almaq üçün yetərsizdir.