XI Qlobal Bakı Forumunda Avropa İttifaqına üzvlük məslələri müzakirə olundu

XI Qlobal Bakı Forumunun son günü də müxtəlif çıxışlarla yadda qalıb. Bosniya və Herseqovina Rəyasət Heyətinin sabiq serb üzvü Mladen İvaniç bildirib ki, Avropa İttifaqına üzvlük asan olmayacaq. Mladen İvaniç üzvlük üçün çatışmayan şərtlərin konkret bildirilməsini istəyib. "Bu zaman, məsələn, biz konkret özümüzə şərt kəsə bilərik ki, 10 ilə bu çatışmazlıqları aradan qaldıraq və üzv olaq. Düşünürəm ki, artıq Avropa İttifaqı anlayışı yalnız qərb siyasi düşüncəsini özündə ehtiva etməməlidir", - deyə o əlavə edib. Avropa İttifaqının qonşularla olan perspektivləri yenidən nəzərdən keçirilməlidir. Bunu Montenegronun sabiq prezidenti Milo Dukanoviç panel müzakirə zamanı deyib. "Avropa İttifaqı üçün prioritet Qərbi Balkanlardır. Bu ölkələrin ittifaqa üzvlüyü kifayət qədər yaxşı vədlər verir", - o əlavə edib. Xorvatiyanın sabiq prezidenti Ivo Josipovic də birliyə islahatsız üzv olmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Müzakirələr oxşar çıxışlarla davam edib. Aygün Carçıyeva, Arif Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv