Xilasedicilər meyiti aidiyyəti üzrə təhvil veriblər

Qusarda bir nəfər hovuza düşərək ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif | Apa.Tv
Apa.tv