XİN: “Azərbaycan qonşuları ilə münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb”

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

Sitat: “İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub. Sitatın sonu

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb.  

Müəllif | Apa.Tv
Apa.tv