XİN: “Bu beynəlxalq prioritet olmalıdır” – APA TV
Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır! Bunu Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşımında bildirib.
"Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub. Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!" deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, 26 dekabr tarixində Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində ANAMA-nın əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu mina partlaması nəticəsində xəsarət alıb.