Xınalıqda qarın hündürlüyü 10 santimetri keçdi

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

 

Kənd sakinlərinin APA-nın şimal bürosuna verdiyi məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.

 

Qeyd edək ki, Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv