Xınalıqda qəza: Dövlət Sərhəd Xidmətinin polkovniki vəfat etdi

Dövlət Sərhəd Xidmətinin polkovniki avtomobil qəzasında dünyasını dəyişib.

 

DSX-nin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, iyulun 20-də saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən  “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

 

hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

 

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

 

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailə­sinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

 

Müəllif | Apa.Tv
Apa.tv