Xırdalana gedən paytaxt sakini bıçaqlandı

Xırdalanda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində baş verib. 1982-ci il təvəllüdlü Həsənzadə Firdovsi Yavuz oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv