Xırdalanda 4-cü müəmmalı hadisə: Daha bir qız canına qıydı

 Ərazidə söhbətləşdiyimiz sakinlər deyir ki, hadisə zamanı 2006-cı il təvəllüdlü Arzu Oruczadə pəncərəyə çıxaraq, təxminən 1 dəqiqə ərzində telefonla kiminləsə danışıb, daha sonra isə qışqıraraq özünü binadan atıb. Həmin vaxt qızı görən mühafizə xidmətinin əməkdaşları ona mane olmağa çalışsalar da, gənc qız onlara məhəl qoymayıb. Xırdalanda az qala silsilə hal alan bu özünəqəsdlər sakinlərdə bir çox cavabsız suallar yaradır. Gənclərin təxminən eyni yaşlarda, eyni ərazidə, eyni şəkildə özlərinə qəsd etmələri insanları vahiməyə salır. Hadisələrlə bağlı yaranan sualları çox olsa da, cavab tapa bilmirlər. Onu da qeyd edək ki, hazırda hadisə ilə bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv