Xırdalanda döyüşə yararlı mərmi tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd 122 mm-lik OF-56 artilleriya mərmisi, bir ədəd 82 mm-lik OF-832 minaatan minası və bir ədəd 122 mm-lik BK-M mərmisi olduğu müəyyən edilib.

 

Mərmilər pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv