Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

APA TV-yə xəbərinə görə, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

FHN-dən APA TV-yə bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. 

Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv